Türkiyə parlamentinə müraciət etmək təklif olundu

turkiye-parlamentine-muraciet-etmek-teklif-olundu
Oxunma sayı: 647

“Qafqazinfo”nun məlumatına görə, millət vəkili bildirib ki, o, Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü kimi parlament adından TBMM-ə müraciətin göndərilməsinin tərəfdarıdır: “Bildiyiniz kimi qarşıdan Xocalı faciəsinin 20-ci il dönümü gəlir. Bu baxımdan təklif etmək istərdim ki, TBMM-ə müraciət edək və həmin müraciətimizdə Türkiyə parlamentindən Xocalı soyqırımı ilə bağlı müzakirələrin açılmasını qeyd edək. Türkiyə parlamenti tərəfindən bu məsələnin müzakirə olunması Xocalı faciəsinin soyqırımı kimi tanınması çox vacibdir. Bu həm də bizim birlik və bərabərliyimizə bir sübut olardı, həm də bununla göstərə bilərdik ki, gerçək soyqırım nədir, soyqırımı kimlər törədib”.