Türkiyə qaçqınlara 32 milyard dollar xərcləyib

turkiye-qacqinlara-32-milyard-dollar-xercleyib
Oxunma sayı: 1730

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyanın 73-cü sessiyasında çıxışı zamanı suriyalı qaçqınlara dəstəkdən və İŞİD-ə qarşı mübarizədən danışıb.

“Qafqazinfo” xəbər verir ki, Ərdoğan bu vaxta qədər Türkiyənin suriyalı qaçqınlar üçün 32 milyard dollar xərclədiyini bildirib, Avropanın Türkiyəyə dəstək verməməsinə görə gileylənib:

“Türkiyəyə Beynəlxalq təşkilatlardan 600 milyon dollar, Avropa İttifaqından isə cəmi 1,7 milyard avro dəstək verilib. Avropa başda olmaqla dünyanın böyük bir qaçqın axınınına məruz qalmasının qarşısını alan Türkiyəyə daha çox dəstək verilməsini gözləyirik”.

İŞİD və terrorzimə qarşı mübarizədən danışan Türkiyə prezidenti sözlərinə əlavə edib ki, 4 min kilometrlik ərazi terrorçulardan təmizlənərək suriyalılar üçün təhlükəsiz əraziyə çevrilib:

“Soçi razılaşması ilə 3,5 milyon insanın yaşadığı İdlibə qanlı hücumların qarşısına keçdik. Hədəfimiz Münbiçdən İraqın sərhədinə qədər olan Suriya torpaqlarının terrorçulardan təmizlənməsidir”

Mənfəətlərinə görə terrorçuları silahla təmin edənlər gələcəkdə bunun ağrısını mütləq çəkəcələrdir. Bütün tərəfləri ədalətli və daimi siyasi həll yolun axtaramağa çağırıram”.