Türkiyə qırıcıları İraqın şimalına bomba yağdırdı

turkiye-qiricilari-iraqin-simalina-bomba-yagdirdi
Oxunma sayı: 1263

Türkiyə Silahlı Qüvvələri (TSQ) tərəfindən İraqın şimalındakı Zap və Sinat-Haftanin bölgələrinə əmləliyyat təşkil edilib.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, əldə edilən kəşfiyyat məlumatları əsasında edilən hava hücumu nəticəsində hərbi bazalara hücum hazırlığında olan 6 terrorçu zərərsizləşdirilib.

Həmçinin, terrorçulara məxsus sığınacaq və silah-sursat anbarları da məhv edilib.