Türkiyə Rəqqa əməliyyatından imtina etdi

turkiye-reqqa-emeliyyatindan-imtina-etdi
Oxunma sayı: 669

Türkiyə Suriyanın Rəqqa şəhərinin İŞİD terrorçularından azad olunması prosesində iştirak etməyəcək.

“Qafqazinfo”nun “Reuters”ə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. 

Dövlət başçısının sözlərinə görə, bu qərarın verilməsinə səbəb hücuma PKK-nın şimal qolu olan YPG-nin döyüşçülərinin qoşula bilməsidir: “ABŞ-da səfərdə olarkən prezident Donald Trampla görüş zamanı Rəqqadakı əməliyyatı müzakirə etdik və mənə aydın oldu ki, Amerika bu əməliyyata böyük həssaslıqla yanaşır. Bildirdim ki, əgər orda YPG olacaqsa biz əməliyyatda iştirak etməyəcəyik, özünüz əməliyyatı aparacaqsınız”.