Türkiyə Rusiyadan “S-400” kompleksləri alıb - 2,5 milyarda

Türkiyə Rusiyadan “S-400” kompleksləri alıb
Oxunma sayı: 1058

Türkiyə Rusiyadan 2,5 milyard dollara 4 divizyon "S-400" zenit-raket komleksi alıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Rostex”in baş direktoru Sergey Çemezov deyib.

“Bircə yekun sənədləri təsdiqləmək qalıb. Müqavilə dəyərinin 45 faizi avans şəklində, qalan 55 faizi isə Rusiyanın verdiyi kreditlərlə ödəniləcək”,- deyə Çemezov qeyd edib.

Xatırladaq ki, sözügedən raket komplekslərinin ilk hissəsinin 2020-ci ilin martında Türkiyəyə çatdırılması planlaşdırılır.  


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi