Türkiyə səfiri geyiminə görə geri çağrıldı - Foto

turkiye-sefiri-geyimine-gore-geri-cagrildi
Oxunma sayı: 7342

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkənin Uqandadakı səfiri Sədəf Yavuzalpı geri çağırıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən məlumatına görə, buna səbəb xanım səfirin oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin 95-ci ildönümü ilə əlaqədar Uqandada təşkil olunmuş mərasimdə antik dövrü xatırladan libas geyinməsidi. Çavuşoğlu bununla bağlı Tvitter hesabında yazıb:

“Mediada yayılan fotolardan sonra Uqandadakı səfirimizlə bağlı dərhal araşdırmalara başlanılıb və bununla əlaqədar olaraq səfirimiz geri çağrılıb”.