Türkiyə səfirliyinin katibi yoxa çıxdı

turkiye-sefirliyinin-katibi-yoxa-cixdi
Oxunma sayı: 1480

Meksikadakı Türkiyə səfirliyinin katibi yoxa çıxıb. 

“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, 29 yaşlı qadın 2-16 iyul aralığında iş yoldaşları ilə yalnız elektron poçt vasitəsilə əlaqə saxlayıb. O, xəstə olduğu üçün müayinələrə getdiyini, işə gələ bilməyəcəyini deyib. 

Narahat olan əməkdaşlar iyulun 17-si qadının evinə yollansa da onu tapa bilməyiblər. 6 gün sonra isə onun elektron ünvanından məzmunsuz məktub gəlib. Mexiko Baş Prokurorluğu artıq araşdırmalara başlayıb.

Qeyd edilir ki, adı açıqlanmayan qadın Türkiyə konsulluğunda ikinci katib kimi çalışıb.

Aysel Kərimova