Türkiyə sərhəd bölgələrinə əlavə qüvvələr yeridir - Foto

turkiye-serhed-bolgelerine-elave-quvveler-yeridir
Oxunma sayı: 1015

Dünən İraqla sәrhәddә Türkiyә Silahlı Qüvvәlәri tәrәfindәn hərbi təlimlərə start verilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, təlim İraqla sərhəddəki Habur sərhəd-keçid məntəqəsinin yaxınlığında keçirilir.

Tәlimdә çox sayda takt vә hәrbi texnika iştirak edir.

Axşam saatlarında hərbi qüvvələrə dəstək məqsədilə 30 vaqon hərbi vasitə göndərilib.

Qeyd edək ki, Türkiyə, edilən xəbərdarlıqlara baxmayaraq 25 sentyabrda referenduma hazırlaşan İraq Kürd Regional Hökumətinə istiqamətli hərbi tədbirlər görür.

Digər tərəfdən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Təhlükəsizlik Şurası iclasının 22 sentyabrda təşkil ediləcəyini bildirib.