Türkiyə Silahlı Qüvvələri telefon istehsal edəcək - Şifrəli mesajlaşma

Türkiyə Silahlı Qüvvələri telefon istehsal edəcək
Oxunma sayı: 645

Türkiyə ordusunun informasiya təhlükəsizliyini təmin etmək məqsədilə xüsusi telefonlar istehsal ediləcək.

“Qafqazinfo” “CNN Türk”ə istinadən xəbər verir ki, telefonun proqram təminatı türk mütəxəssislər tərəfindən hazırlanacaq.

Məlumata görə, bu telefonlar “Android” sistemi ilə təchiz ediləcək. Lakin, telefona proqram yazmaq mümkün olmayacaq. Bundan başqa, səsli danışıqlar birbaşa qeydə alınacaq.

Həmçinin, telefon SMS və ya “WhatsApp” kimi mesajlaşma xidmətləri əvəzinə xüsusi şifrəli proqramla təmin ediləcək.

Telefonlar vacib bölgələrdə xidmət aparan əsgərlərə veriləcək.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi