Türkiyə son anda məğlubiyyətdən xilas oldu - Video

turkiye-son-anda-meglubiyyetden-xilas-oldu
Oxunma sayı: 3582

Türkiyə yığması yoldaşlıq görüşü çərçivəsində Tunislə qarşılaşıb.

“Qafqazinfo” xəbər verir ki, matçda hesabı “ay-ulduzlular” açsa da, üstünlüyü qoruya bilməyiblər və 1:2 hesabı ilə geri düşüblər.

Türkiyə millisi yalnız 90-cı dəqiqədə bərabərlik qolunu vuraraq məğlubiyyətdən xilas ola bilib.

Qeyd edək ki, Tunis millisi dünya çempionatında Belçika, İngiltərə və Panama ilə G qrupunda mübarizə aparacaq.

Türkiyə - Tunis – 2:2

Qollar: 54 – Cen Tosun (pen, 1:0), 56 - Anis Badri (1:1), 79 - Feryani Sassi (1:2), 90 - Çağlar Söyüncü (2:2)