“Türkiyə şou- biznesində çox iddialıyam”

turkiye-sou-biznesinde-cox-iddialiyam
Oxunma sayı: 1276


“Qafqazinfo”nun Axşam.az-a istinadən məlumatına görə, sənətçi bu gün media nümayəndələrini başına toplayaraq yeniliklərindən danışıb. 

O, iyul ayının 7-nə kimi Azərbaycanda qalacağını, övladları ilə istirahət edəcəyini bildirib. 

Rəqsanənin sözlərinə görə, yeni mahnılarının hər birini özü bəstələyib: 

"Türkiyədə heç bir bəstəkardan mahnı almamışam. Üç yeni mahnım var ki, onların söz və musiqisi özümə aiddir. "Bivəfa" mahnımı üç versiyada hazırlayıram. Çox fərqli və gözəl aranjiman edilib. Qulaq asanda heç özüm də inanmadım ki, bu, həmin bəstədir. Türkiyəyə qayıtdıqdan sonra rejissor Murad Küçüklə klip çəkilişlərinə başlayacağıq. Maraqlı layihələrimiz çoxdur. Türkiyə şou- biznesində çox iddialıyam".

 Müğənni bildirib ki, Azərbaycana əliboş gəlməyib. Belə ki, o, "Sarı gəlin" mahnısını ifa edib: 

"Bu, mənim böyük layihələrimdən biridir. "Sarı gəlin"i oxudum. Burada muğam da səsləndirmişəm".

Rəqsanə həmçinin sentyabrda Bakıda açıq hava konserti verəcəyini sözlərinə əlavə edib.