“Türkiyə şou-biznesini darmadağın edəcəyəm” - Fotolar

turkiye-sou-biznesini-darmadagin-edeceyem-fotolar
Oxunma sayı: 641

Bunu “Qafqazinfo”ya açıqlamasında gənc müğənni Orxan Babazadə deyib. Biznesmen müğənni son vaxtlar Türkiyəyə üz tutan müğənnilərə açıq-aydın meydan oxuyub. “Türk şou bazarına mən illərdir hazırlaşıram. Amma bunu ilk dəfə indi dilə gətirirəm. Digərləri kimi boş danışıqla gündəm xətrinə çənəmi yoranlardan deyiləm. Dedimsə, mütləq edəcəyəm. İnanmayanlar yaxın günlərdə buna şahid olacaqlar”.

İddialı danışan Orxan son vaxtlar dəbdə olan sözləri və musiqisi Ceyhun Əliyevə məxsus “Sən mənim gözəlimsən” adlı mahnısına klip də çəkdirir. Hələ montaj işləri gedən klipin çəkilişindən olan fotolenti sizə təqdim edirik.

Aynur B.