Türkiyə Superkubokunun qalibi müəyyənləşdi - Yenilənib

turkiye-superkubokunun-qalibi-mueyyenlesdi
Oxunma sayı: 9374

Bu gün futbol üzrə Türkiyə Superkuboku uğrunda mübarizə aparılır.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, ötən mövsümün liqa çempionu “Qalatasaray” Türkiyə kubokunun qalibi “Akhisarspor”la qarşılaşıb. Matçın hakimi Cüneyt Çakırdır. Start heyəti belədir:

Qalatasaray:Muslera, Linnes, Maykon, Sərdar Əziz, Nagatomo, Donk, Fernando, Belhanda, Fequli, Qari Rodriqes, Qomis.

Akhisarspor: Fatih, Vrsayeviç, Dani, Mustafa, Ömər, Aykut, Bilal, Sissoko, Manu, Barbosa, Seleznyov.

***

Matç "Akhisarspor"un birinciliyi ilə davam edir. Seleznyov rəqibin qapısına bir qol vuraraq komandasını önə çıxarıb. 

*** 

Matçda hesab 1:1 komandaların bərabərliyi ilə davam edir. "Qalatasaray"in vurduğu qolla hesab bərabərləşib. Hazırda qalibi müəyyənləşdirmək üçün penaltilər tətbiq olunur. 

*** 

Türkiyə SuperKuboku uğrunda mübarizədə qarşılaşan "Qalatasaray"- "Akhisarspor" matçı ikincinin qələbəsi ilə bitib. Penalti atışları zamanı rəqibinə 6:5 qalib gələn "Akhisarspor" Superkubokun sahibi olub.