Türkiyə superliqasında çıxış edən futbolçu intihar etdi

turkiye-superliqasinda-cixis-eden-futbolcu-intihar-etdi
Oxunma sayı: 641

Türkiyənin “Qaziantepspor” klubunun futbolçusu Frantsek Rajtoral intihar edib.

 "Qafqazinfo" xəbər verir ki, çexiyalı futbolçu Qaziantepdə tək yaşadığı  evində özünü tavandan asıb. Oyunçunun evdən çıxmadığını görən qonşular bu barədə polisə xəbər veriblər.
 
Futbolçunun ailəsi ilə problemi olduğu üçün intihar etdiyi iddia edilir.
 
Qeyd edək ki, Rajtoral "Qaziantepspor"a mövsümün əvvəlində transfer olunub. O, Antep təmsilçisinin heyətində 12 matçda meydana çıxıb.