Türkiyə Suriya təyyarəsini endirməyinə münasibət bildirib

turkiye-suriya-teyyaresini-endirmeyine-munasibet-bildirib
Oxunma sayı: 643

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin nəqliyyat və kommunikasiyalar naziri Binali Yıldırım deyib.

Nazirin sözlərinə görə, Türkiyə bundan sonra da Suriya təyyarələrinin göyərtəsində yüklərlə bağlı şübhə yaranarsa, beynəlxalq hüquqa əsaslanacaq.

Qeyd edək ki, dünən yerli KİV-lər Türkiyə qırıcılarının Suriyaya məxsus "Airbus A-320" təyyarəsini ölkə ərazisinə enməyə məcbur etmələri barədə məlumat yaymışdılar.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bəyan edib ki, təyyarənin göyərtəsində mülki aviasiyanın tələblərinə cavab verməyən yük olması barədə məlumat var, bununla əlaqədar qüvvədə olan qanunvericilik və beynəlxalq hüququn nəzərdə tutduğu tədbirlər görülür.

O, həmçinin qeyd edib ki, Suriya təyyarəsi ilə bağlı insident Türkiyənin Rusiya ilə münasibətlərinə mənfi təsir etməyəcək.