Türkiyə Suriyaya ilk zərbəsini endirdi - 30 terrorçu öldürüldü

turkiye-suriyaya-ilk-zerbesini-endirdi
Oxunma sayı: 1431

Türkiyə Silahlı Qüvvələri Suriyadakı terror hədəflərinə ilk zərbəsini endirib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, türk silahlı qüvvələri Afrin əməliyyatından öncə sınaq atışları həyata keçirib. Nəticədə 30 PYD/ YPG terrorçusu məhv edilib. 

ABŞ-ın Türkiyə-Suriya sərhədinə 30 minlik qoşun yerləşdirməsinə cavab olaraq Azad Suriya Ordusunun da hazırlıqları başa çatıb. 20 minlik qoşun Afrina girmək üçün əmr gözləyir.