Türkiyə Suriyaya nota verdi

turkiye-suriyaya-nota-verdi
Oxunma sayı: 634

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, sentyabrın 28-də Suriya ərazisindən atılan top mərmisi Türkiyənin Şanlıurfa vilayətinin Suriya ilə həmsərhəd Akçakale qəsəbəsinə düşüb. Hadisə nəticəsində dağıntı olsa da, ölən və yaralanan olmayıb.

Türkiyə XİN-i Əhməd Davudoğlu hadisə ilə əlaqədar Suriyaya etiraz notası göndərdiklərini bildirib: “Akçakale və digər sərhəd rayonlarında bütün təhlükəsizlik tədbirləri görülüb. Hadisə haqqında BMT və NATO-nu məlumatlandırdıq. Sərhədlərimizin pozulmasına qarşı əks tədbirlər görmək hüququmuz var”.