Türkiyə terror təşkilatının sonunu hazırlayır

turkiye-terror-teskilatinin-sonunu-hazirlayir-
Oxunma sayı: 633

“Azerimuslims.com” xarici KİV-ə istinadən bildirir ki, Tükiyə Silahlı Qüvvələri (TSQ), Xüsusi Təhlükəsizlik və Milli Kəşfiyyat Təşkilatı (MTK) kəşfiyyat sahəsindəki problemlərin aradan qaldırılması məqsədilə pilotlu kəşfiyyat və nəzarət vasitələrindən istifadə edəcək.

Xəbərlərdə Baş nazir Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə ABŞ-dan 2 il müddətinə ən son texnoloji kəşfiyyat yenilikləri ilə təchiz olunmuş 5 ədəd “Kinq Eyr-350” tipli təyyarə icarəyə götürüləcək.

Terrorçuların əllərindəki silahların markasını belə müəyyən edə bilən sözügedən kəşfiyyat təyyarələrinin topladığı kəşfiyyat məlumatlarını şifrəli şəkildə yerdəki nəzarət məntəqələrinə ötürəcək. Mövzu ilə bağlı xəbərlərdə Ərdoğan hökumətinin PKK terroru ilə mübarizə çərçivəsində ölkənin cənub-şərq vilayətlərində iş yerlərinin açılması, sözügedən bölgəyə sərmayə qoyuluşunu sürətləndirilməsi və digər tədbirlərin kürdlərin PKK terror təşkilatının hədələrindən xilas olması istiqamətində mühüm addımlardan olduğu bildirilib.

Habelə bir neçə gün əvvəl qəbul edilən 4+4+4 formatında 12 illik təhsil layihəsinin kürdlərə öz dillərində dərs keçilməsi imkanını verəcəyi bildirilərək, bunun terror fəaliyyətlərinin qarşısının alınması istiqamətində vacib addımlardan olduğu vurğulanıb.