Türkiyə tribunalarında “Qarabağ” plakatı - Fotolar

turkiye-tribunalarinda-qarabag-plakati
Oxunma sayı: 5665

“Sabah” qəzetinin yazarı Mövlud Tezelin “Qarabağ” azarkeşləri haqqında yazdığı təhqiredici yazıya Türkiyə klublarının azarkeşlərindən reaksiya gəlib.

“Qafqazinfo”nun məlumatına görə, “Trabzonspor” və “Bursaspor” klublarının azarkeşləri tribunada A4 vərəqlərinə yazılmış “Qarabağ” plakatını nümayiş etdiriblər.

Klubların azarkeş qrupları tərəfindən verilən açıqlamada Mövlud Tezeli qınadıqlarını və “Qarabağ”ın yanında olduqlarını bildiriblər.

Bundan başqa, Türkiyənin 3-cü liqasının 2-ci qrupunda baş tutan “Turqutluspor” – “Kayseri Ərciyəsspor” matçında azarkeşlər Azərbaycan və Türkiyə bayraqları qaldırıblar. Həmçinin, “Ən kasıb, ən gülməli, ən əzik inad “Qarabağ” qürurumuzdur” şüarı yazılmış plakat açıblar. Lakin, polisin müdaxiləsindən sonra plakat tribunadan götürülüb. Buna görə polis və azarkeşlər arasında qısa mübahisə yaşanıb.

Qeyd edək ki, M.Tezelin yazısı saytdan çıxarılıb və o, Azərbaycan xalqından və “Qarabağ” azarkeşlərindən üzr istəyib.