Türkiyə Ukraynanı məğlub yola saldı

turkiye-ukraynani-meglub-yola-saldi
Oxunma sayı: 633

Azerisport.az ötən gecə keçirilən oyunların nəticələri ilə sizi də tanış edir.

Türkiyə yığması may ayının üçüncü ongünlüyündən bəri 5-ci sınaq matçını keçirib. Qardaş ölkə millisi bu dəfə AÇ-2012-nin ev sahiblərində olan Ukraynanı sınağa çəkib. “Ay-ulduzlular” Caner Erkin və Mustafa Pektemekin qolları ilə 2:0 hesablı qələbə qazanıb. Bununla da Türkiyə millisi təlim-məşq toplanışı çərçivəsində keçirməli olduğu yoxlama oyunlarına yekun vurub. Türklər bundan əvvəl Portuqaliya (3:1), Bolqarıstan (2:0) və Gürcüstanı (3:1) udmuş, Finlandiyaya (2:3) uduzmuşdu.

Ermənistan yığması Qazaxıstanla qarşılaşıb və 3:0 hesabı ilə qalib gəlib. İsveç Serbiyanı 2:0 hesabı ilə udub. Avstriya – Rumıniya oyununda hesab açılmayıb. Fransa isə Estoniyanı darmadağın edib.

Yoldaşlıq oyunları
5 iyun

Filippin – İndoneziya – 2:2
Ermənistan – Qazaxıstan - 3:0
İsveç – Serbiya - 2:1
Türkiyə – Ukrayna - 2:0
Avstriya – Rumıniya - 0:0
Fransa – Estoniya - 4:0