Türkiyə və Almaniya yığmaları məğlub oldu

turkiye-ve-almaniya-yigmalari-meglub-oldu
Oxunma sayı: 648

Azerisport.az həmin oyunlarda qeydə alınan nəticələrlə sizi də tanış edir.

Qardaş ölkə Türkiyə yığması Avstriya toplanışı çərçivəsində Finlandiya ilə qarşılaşıb. Bir neçə gün öncə Gürcüstanı məğlub etmiş “ay-ulduzlular” bu dəfə məğlubiyyətlə üzləşiblər. Abdullah Avcının yetirmələri hesabda iki dəfə önə keçməsinə rəğmən bu üstünlüyünü sona kimi qoruya bilməyib və hətta son saniyələrdə buraxılan qolla məğlub olub.

Ən gözlənilməz nəticələrdən biri Almaniya ilə İsveçrə yığmalarının görüşündə qeydə alınıb. Qarşıdan gələn AÇ-2012-nin əsas favoritlərindən hesab olunan Yoahim Lövün komandası gözlənilmədən 5 qol buraxdığı görüşdə məğlubiyyətlə üzləşib.

Avropa çempionatının digər favoritlərindən Hollandiya yığmasının Bolqarıstana məğlubiyyəti də sürpriz nəticələr sırasına daxil edilə bilər. İspaniya və İngiltərə yığmaları isə qələbəyə seviniblər.

DÇ-2014-ün seçmə mərhələsində millimizin rəqiblərindən olan Portuqaliya Makedoniya ilə qolsuz heç-heçəyə razılaşıb. Digər rəqibimiz İsrail Çexiyaya uduzub.

Digər görüşlərdə isə aşağıdakı nəticələr qeydə alınıb:

Yoldaşlıq oyunları
26 may

Mozambik – Namibiya – 0:0
Tanzaniya – Malavi – 0:0
Braziliya – Danimarka – 3:1
İrlandiya - Bosniya-Herseqovina – 1:0
Polşa – Slovakiya – 1:0
İordaniya - Syerra Leone – 2:0
Portuqaliya – Makedoniya – 0:0
İspaniya – Serbiya – 2:0
İsveçrə - Almaniya – 5:3
Hollandiya – Bolqarıstan – 1:2
Türkiyə - Finlandiya – 2:2
Çexiya – İsrail – 2:1
Yunanıstan – Sloveniya – 1:1
Norveç – İngiltərə - 0:1