Türkiyə və Fransa ABŞ-ın sanksiyalarına qarşı birləşdi

turkiye-ve-fransa-abs-in-sanksiyalarina-qarsi-birlesdi
Oxunma sayı: 3023

Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrak fransalı həmkarı Bruno La Meyrlə telefonda danışıb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, nazirlər iki ölkə arasındakı iqtisadi işbirliyi və ABŞ-ın Türkiyə əleyhinə sanksiyalarını müzakirə ediblər. Albayrakla Meyr ABŞ-ın sanksiyalarına qarşı birlikdə və işbirliyi çərçivəsində hərəkət etmək qərarı alıblar.

Nazirlər avqustun 27-də Parisdə görüşməklə də bağlı razılaşıblar.