Türkiyə və İspaniyanın sabiq xarici işlər nazirləri Bakıya gələcək

turkiye-ve-ispaniyanin-sabiq-xarici-isler-nazirleri-bakiya-gelecek
Oxunma sayı: 647

Diasporlarla İ. Üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, səfərin məqsədi Cənubi Qafqaz Forumunda iştirak etməkdir. İspan diplomat forumun təşkilatçılarından olan Madrid Klubunun Baş Katibidir. Sabiq nazir və dövlət başçılarını birləşdirən Madrid Klubunun 61 ölkədən 92 üzvü var. Cənubi Qafqaz Forumunda klub üzvlərinin əksəriyyətinin iştirakı gözlənilir.

Beynəlxalq Cənubi Qafqaz Forumu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubu tərəfindən təşkil olunur. Forumda sabiq dövlət və hökumət başçıları ilə yanaşı, hazırkı prezident və baş nazirlər, eyni zamanda dünyanın 60-dan çox ölkəsindən 400-ə yaxın beynəlxalq mütəxəssis, nüfuzlu elm və mədəniyyət xadimi iştirak edəcək.

Forumun əsas tərəfdaşları isə Diasporla İş üzrə Dövlət Komitəsi, İsgəndəriyyə Kitabxanası, Sülh Mədəniyyəti Fondu, Nobel Oil şirkəti və Qlobal Liderlər Şurasıdır.