Türkiyə və Özbəkistan prezidentləri arasında telefon danışığı olub

turkiye-ve-ozbekistan-prezidentleri-arasinda-telefon-danisigi-olub
Oxunma sayı: 1144

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və və Özbəkistan dövlət başçısı Şavkat Mirziyoyev arasında telefon danışığı olub.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, tərəflər danışıqlar zamanı ikitərəfli münasibətləri və dünyada gedən aktual məsələləri müzakirə ediblər.

Şavkat Mirziyoyev qeyd edib ki, onun 2017-ci il oktyabr ayında Türkiyəyə səfəri ölkələr arasında qarşılıqlı faydaya əsaslanan çoxtərəfli əməkdaşlığı yeni səviyyəyə qaldırıb.

Ərdoğan, öz növbəsində, həmkarına Türkiyə vətəndaşlarına turizm vauçerlərinə və Özbəkistan təşkilatlarının dəvət məktublarına ehtiyac olmadan 30-günlük vizanın verilməsinə görə təşəkkürünü bildirib.