Türkiyə və Ukrayna sürücülük vəsiqəsinə görə razılığa gəldi

turkiye-ve-ukrayna-suruculuk-vesiqesine-gore-raziliga-geldi
Oxunma sayı: 1729

Ukrayna və Türkiyə sürücülük vəsiqələrinin qarşılıqlı tanınması ilə bağlı ilkin razılığa gəlib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə razılıq hər iki ölkənin Daxili İşlər nazirlərinin görüşündə əldə edilib.

Məlumata görə, yaxın zamanlarda Ukrayna ilə Türkiyə arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması ilə bağlı saziş də imzalanacaq.