Türkiyə vətəndaşı “Audi” ilə adam vurdu - Bakıda

turkiye-vetendasi-audi-ile-adam-vurdu
Oxunma sayı: 1473

Türkiyə vətəndaşı Bakıda qəza törədib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə dekabrın 12-si saat 18 radələrində Xətai rayonunda baş verib.

Türkiyə vətəndaşı, 1981-ci il təvəllüdlü Çelik Sinan idarə etdiyi “Audi” markalı 90 GX 991 nömrəli avtomobillə yolu keçən piyadanı vurub. Qəzadan sonra aparılan araşdırma zamanı məlum olub ki, vurulan şəxs 1960-cı il təvəllüdlü Güzəzər Mehdiyevadır. O, qapalı kəllə beyin travması və körpücük sümüyünün sınığı xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai RPİ-də araşdırma aparılır.

Murad Əhməd