Türkiyə vətəndaşı avtomobil icad etdi

turkiye-vetendasi-avtomobil-icad-etdi
Oxunma sayı: 639

“Qafqazinfo”nun AzNews.az-a və Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, “Betmen” filminə baxaraq həvəsə düşən Türkiyənin Ağrı vilayətində yaşayan dəmir qırıntıları toplayan vətəndaş yığdığı köhnə soyuducu, paltaryuyan, ütü və sairlə bir cüt iki motorlu avtomobil hazırlayıb.

42 yaşlı İsmayıl İlhan qardaşı Ömər İlhanla birlikdə düzəltdiyi avtomobilləri test etmək üçün yerli dövlət orqanlarından izin də alıb. Artıq avtomobillər test edilib və hər iki avtomobilin saatda 100 km sürətlə hərəkət etdiyi təsdiqlənib.