Türkiyə vətəndaşı Bakıda qəzada öldü

turkiye-vetendasi-bakida-qezada-oldu
Oxunma sayı: 850

Nizami rayonunun Babək prospektində yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun DİN-ə istinadən məlumatına görə, martın 7-də saat 2 radələrində paytaxtın Nizami rayonunun Babək prospektində Gəncə şəhər sakini E.İbrahimzadə idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən Türkiyə vətəndaşı S.Kırmazı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Nizami RPİ tərəfindən araşdırma aparılır.