Türkiyə vətəndaşı ekstradisiya olundu

turkiye-vetendasi-ekstradisiya-olundu
Oxunma sayı: 1598

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyədə axtarışda olan Koner Ergünün öz ölkəsinə təhvil verilməsi barədə Azərbaycan Ədliyyə Nazirliyi və Baş Prokurorluğunun təqdimatına baxılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Faiq Qəniyevin icraatında olan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Azərbaycanın adıçəkilən rəsmi qurumları K.Ergünün ölkəsinə ekstadisiya edilməsini istəyib. K.Ergün də öz ölkəsinə ekstradisiya edilməsini tələb edib.

Məhkəmənin qərarı ilə təqdimat təmin edilib və K.Ergünün Türkiyəyə ekstradisiya edilməsinə qərar verilib.

Qeyd edək ki, K.Ergün hədə-qorxu ilə tələb etmə ittihamı ilə Türkiyədə axtarışda olub. Daha sonra o, Azərbaycanda həbs edilib.

Murad Əhməd