Türkiyə vətəndaşının evindən 50 minlik oğurluq

turkiye-vetendasinin-evinden-50-minlik-ogurluq
Oxunma sayı: 648

“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə yanvarın 13-də İnşaatçılar prospektində qeydə alınıb. Həmin ünvanda yaşayan Türkiyə vətəndaşı Güvən Lokmanın mənzilindəki seyfdən açar seçmə yolu ilə 50 min ABŞ dolları dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Səbinə Orucova dünən tutulub.