Türkiyə “WhatsApp”a alternativ yaratdı - Fotolar

turkiye-whatsappa-alternativ-yaratdi
Oxunma sayı: 2299

Türkiyə Baş nazirinin müavini və hökumət sözçüsü Bəkir Bozdağ Nazirlər Kabinetinin iclasından sonra “WhatsApp”a alternativ mobil əlavə yaradıldığını açıqlayıb.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, o, “PTTMessenger” adlı mobil əlavənin 100 faiz Türkiyə məhsulu olduğunu deyib.

Əlavəni ilk dəfə Baş nazir Binəli Yıldırım istifadə edib. O, “Zeytun budağı” əməliyyatının Hataydakı qərargahı ilə canlı bağlantı qurub.

B.Bozdağ bildirib ki, “PTTMessenger” “WhatsApp”dan daha etibarlıdır.