Türkiyə XİN-dən Niderlanddakı hadisə ilə bağlı açıqlama

turkiye-xin-den-niderlanddaki-hadise-ile-bagli-aciqlama
Oxunma sayı: 893

Türkiyə Xarici İşlər Nazirliyi Niderlandda tramvayda baş vermiş silahlı insidentlə bağlı açıqlama verib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, XİN-in bəyanatında Utrext şəhərində türkiyəli şübhəlinin iştirakı ilə törədilmiş hadisə ilə bağlı deyilir:

“Səbəbkarı kim olursa-olsun, hadisəni qətiyyətlə pisləyirik. Bu mənfur hücum nəticəsində həyatını itirənlərin yaxınlarına başsağlığı və səbr, yaralananlara isə şəfa diləyirik. Niderland xalqı və hökuməti ilə həmrəyik”. 

Qeyd edək ki, insident nəticəsində 3 nəfər ölüb, 9 nəfər yaralanıb.