Türkiyə XİN-i Xocalı soyqırımı ilə bağlı bəyanat yaydı

Türkiyə XİN-i Xocalı soyqırımı ilə bağlı bəyanat yaydı
Oxunma sayı: 783

Türkiyə Xarici İşlər Nazirliyi Xocalı soyqırımının 26-cı il dönümü ilə bağlı bəyanat yayıb.

“Qafqazinfo” xəbər verir ki, XİN qətliamı və Azərbaycan torpaqlarının işğalını şiddətlə qınadığını bəyan edib:

“Ermənistan tərəfindən 26 fevral 1992-ci il tarixində Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərinə edilən hücumda qadın və uşaqlar da daxil olmaqla yüzlərlə Azərbaycan vətəndaşı qətlə yetirilib və yaralanıb. Mindən çox insan isə əsir alınıb. İtkinlərin aqibəti isə bu günə qədər məlum deyil. Mülki əhaliyə qarşı yönəlmiş bu insanlıqdan uzaq hücum bütün dünya ictimiayyətinin yaddaşına həkk olub və vicdanlarda dərin yaralar açıb.

Bu gün hələdə Azərbaycan torpaqlarının beşdə biri Ermənistanın işğalı altındadır. Bir milyondan çox azərbaycanlı öz ölkəsində qaçqın olaraq yaşayır. 
Türkiyə olaraq Azərbaycanlı qardaşlarımızın bundan 26 il əvvəl Xocalıda üz-üzə qaldıqları vəhşi hücumu və qətliamı hər zaman qəlbimizin ən dərinində hiss edir və bu acını paylaşırıq”. 

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi