Türkiyə yasda - 4 əsgər öldü, 4-ü yaralandı

turkiye-yasda
Oxunma sayı: 4157

Qardaş Türkiyənin Suriyanın Afrin bölgəsində apardığı əməliyyatlar zamanı 3 əsgəri şəhid olub, daha 3-ü isə yaralanıb.

“Qafqazinfo” İhlas agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, əsgərlər əldəqayırma bombanın partlaması nəticəsində həlak olublar.  Partlayış ərazidə axtarış-təmizləmə işləri aparılan zaman baş verib.

Bundan əlavə ordunun Bitlis əyalətində PKK terroçularına qarşı apardığı döyüşlər zamanı da 1 əsgər şəhid olub, daha 1-i isə yaralanıb. Yaralı əsgər xəstəxanaya yerləşdirilib.