Türkiyə yenə məğlub oldu

turkiye-yene-meglub-oldu
Oxunma sayı: 646

“Qafqazinfo” xəbər verir ki, yaxın qonşumuz Türkiyə öz meydanında Çexiya millisi ilə qarşılaşıb. 2014 Dünya Çemponatı seçmələrində yer aldığı qrupda işi yaxşı gətirməyən Türkiyə komandası dünən yenə məğlub olub. Çexiya görüşdən 2-0 hesabı ilə qalib kimi ayrılıb. Birinci hissədə çox zəif təsir bağışlayan türklər 3-cü dəqiqədə qapılarında qol görüblər. Çexiyalı Krejçi fərqlənib. 28-ci dəqiqədə Lafata çexlərin ikinci qolunu vurub. Bundan sonra türklər çox çalışsalar da hesab arasındakı fərqi azalda və ümumiyyətlə qol vurmağa müyəssər olmayıblar.

İqbal