Türkiyə yenidən qarışdı

turkiye-yeniden-qarisdi
Oxunma sayı: 1680


“Qafqazinfo”nun  APA-ya istinadən məlumatına görə, etiraz aksiyaları 2013-cü ilin mayında Taksim meydanında baş tutmuş kütləvi etirazların ildönümü ilə əlaqədar təşkil olunub. Məlumata görə, toqquşmalar İstanbul,  Türkiyənin paytaxtı Ankara, Adana və bir sıra şəhərlərdə baş verib.  

İstanbulda asayiş keşikçiləri Taksim meydanı yaxınlığında minlərlə etirazçının qatıldığı aksiyanı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edərək dağıdıb.

Saxlanılan və xəsarət alanlar barədə məlumat verilmir.  

Qeyd edək ki, baş nazir Rəcəb Tayip Ərdoğan bundan əvvəl Taksim meydanında kütləvi etirazların ildönümü ilə əlaqədar aksiyaların keçirilməsinə qoyulan qadağanı pozmağa cəhd edən hər kəsin saxlanılacağını bəyan edib.

Xatırladaq ki,  Türkiyə hökuməti ötən ilin mayında Taksim meydanı yaxınlığında Gəzi parkında ağacları qıraraq yerində ticarət-əyləncə kompleksi ucaltmağa qərar vermişdi. Bu qərar ölkənin bir çox şəhərlərində kütləvi iğtişaşlara səbəb olmuşdu.