Türkiyə yunan əsgərləri azadlığa buraxdı

turkiye-yunan-esgerleri-azadliga-buraxdi
Oxunma sayı: 2303

Martın 1-də Ədirnədə qadağan olunmuş hərbi ərazidə tutulan Yunanıstan ordusunun 2 əsgəri azadlığa buraxılıb.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, Aqqelos Mitretodislə Dimitros Kouklatzis məhkəmə zamanı sərhədi səhvən keçdiklərini bildiriblər. Hakimlər əsgərlərin sərbəst buraxılmasına qərar verib.

Yunanıstanın baş naziri Aleksis Çipras sosial şəbəkə vasitəsilə əsgərlərin azad olunmasına görə Türkiyə hökumətinə təşəkkürünü bildirib.