1 dəqiqədə 300 minlik soyğunçuluq edənlər yaxalanıb - Biri ermənidir +Video

1-deqiqede-300-minlik-soygunculuq-edenler-yaxalanib
Oxunma sayı: 3852

Türkiyədə valyutadəyişmə məntəqəsinə basqın edən əcnəbilər saxlanılıb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, sentyabrın 16-sı 4 nəfər silahlı və maskalı şəxs İstanbulda valyutadəyişmə məntəqəsinə hücum edib. Onlar bir dəqiqə ərzində məntəqədən 300 min türk lirəsi (təxminən 80 min AZN) və xeyli zinət əşyası götürərək qaçıblar.

Polis cinayətkarlardan ikisini Bursa şəhərində saxlayıb. Onların Rusiya vətəndaşı Xalik B. və Ermənistan vətəndaşı Gevorq A. olduğu müəyyən edilib. Hər iki şəxsin qaldığı otel nömrəsində axtarış aparılan zaman oradan 200 Azərbaycan manatı, 50 min İraq dinarı, 37 600 TL, 10 min Səudiyyə, 1 700 Qətər rialı, 7 630 avro, 4 min 561 dollar, 2000 dirhəm, 500 Danimarka kronu tapılaraq götürülüb. 

Aysel Kərimova