Türkiyədə 15 iyul çevrilişinə cəhd edənlərə hökm oxundu

Türkiyədə 15 iyul çevrilişinə cəhd edənlərə hökm oxundu
Oxunma sayı: 1236

Türkiyədə 15 iyul 2016-cı il çevrilişinə cəhd edən FETÖ-çülərə hökm oxunub.

“Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi xəbərə görə, Ankara 19-cu Ağır Cəza Məhkəməsində baş tutan növbəti prosesdə 8 şübhəli şəxs barəsində ağırlaşdırılmış həbs, 25 nəfər barəsində isə ömürlük azadlıqdan məhrumetmə qərarı verilib.

Daha öncə haqqında ağırlaşdırılmış həbs qərarı verilən eks-general- mayor Ahmed Bican Kırker “qəsdən adam öldürmək” maddəsi üzrə ömürlük həbs edilib. O, həmçinin qazi Necməddin Utuşun yaralanmasına görə 16 il azadlıqdan məhrum edilib. Eyni maddə üzrə şübhəli Harun Buluta 13 il 4 ay müddətinə iş verilib. 

Emin Günerin şəhid olmağına görə məsuliyyət daşıyan Burak Çakır və Ahmet Faruk Çavuş ayrılıqda 25 il müddətinə azadlıqdan məhrum olunub. 

Bundan başqa, keçmiş polkovniklər Mehmet Sıddık Çobana 14 il 2 ay, Muharrem Erdemə 12 il 6 ay müddətinə həbs cəzası verilib. 

Eks-polkovniklər Süleyman Karaca və Sefa Alkana bəraət verilib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi