Türkiyədə 15 nəfərə ömürlük həbs verildi

turkiyede-15-nefere-omurluk-hebs-verildi
Oxunma sayı: 1425

15 iyul 2016-cı ildə inqilaba cəhd hadisələrinə görə aparılan istintaq çərçivəsində 15 nəfərin cəzası məlum olub.

“Qafqazinfo” xəbər verir ki, həmin gecə Fatih Sultam Mehmet körpüsünü bağlanılması zamanı baş verən hadisələrdə 3 nəfərin ölümünə, 49 nəfərin yaralanmasına səbəb olan 15 nəfərin bu gün məhkəməsi keçirilib.

Müdafiələr baş tutduqdan sonra hakimlər heyəti yekun qərarı açıqlayıblar. Qərara əsasən, “konstitusion quruluşu ləğv etməyə cəhd” etməkdə ittiham olunan 13 nəfərə ağırlaşdırılmış ömürlük, 2 nəfər isə ömürlük həbs cəzası verilib.

Cəza alanlarlar arasında podpolkovnik Adnan Uygur və yüksək rütbəli digər zabitlər yer alıblar.