Türkiyədə 22 məhbus zəhərlənib

turkiyede-22-mehbus-zeherlenib
Oxunma sayı: 681

Türkiyənin Mardin əyalətinin Midyat şəhərindəki həbsxanalardan birində kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İHA agentliyi məlumat yayıb.

Məlumata əsasən, həbsxanada cəza çəkən 22 məhbus qarın ağrısı və ürək bulaması şikayətilə xəstəxanaya yerləşdirilib. Hazırda onların vəziyyətinin yaxşı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.