Türkiyədə 22 yaşlı azərbaycanlını “tok” vurub öldürdü - Fotolar

turkiyede-22-yasli-azerbaycanlini-tok-vurub-oldurdu
Oxunma sayı: 3427

İstanbulun Fatih bölgəsində 22 yaşlı azərbaycanlı Rüfət Fərhadovu elektrik cərəyanı vurub.

“Qafqazinfo” Türkiyə KİV-nə isitnadən xəbər verir ki, Rüfət Akşəmsəddin məhəlləsində 5 mərtəbəli iş mərkəzinə fiberoptik kabel çəkərkən cərəyana qapılıb. Fərhadovun cəsədi beton üzərinə düşdüyündən onun oradan çıxarılması üçün xilasedicilər cəlb olunub. Azərbaycanlı gəncin cəsədi Yenibosnadakı məhkəmə-tibbi ekspertizasına göndərilib.

Rüfətin ölüm xəbərini alan ailəsi şok keçirib.