Türkiyədə 26 terrorçu öldürüldü

turkiyede-26-terrorcu-olduruldu
Oxunma sayı: 643

Türkiyənin Şırnak rayonunun Qanlıtəpə bölgəsində PKK terrorçularına qarşı əməliyyat keçirilib.

“Qafqazinfo” Haberler-ə istinadən xəbər verir ki, hərbçilər mağaralara sığınan 26 terrorçunu zərərsizləşdirib.

Axtarışlar zamanı terrorçulara aid 27 ədəd “Kalaşnikov”, 93 ədəd əl qumbarası, 3,8 kq “C-4” tipli partlayıcı, çoxlu sayda mərmi və digər silahlar ələ keçirilib.

Ərazidə əməliyyatlar davam etdirilir.