Türkiyədə 3 gün matəm elan edildi - Səfirlər geri çağırıldı

turkiyede-3-gun-matem-elan-edildi
Oxunma sayı: 12736

Türkiyə hökuməti Fələstində İsrail tərəfindən törədilən qətliama görə ölkədə 3 günlük matəm elan edib.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Baş nazirin müavini və hökumət sözcüsü Bəkir Bozdağ məlumat verib.

O qeyd edib ki, matəm fələstinlilərlə həmrəylik nümayiş etdirmək və şəhidlərin xatirəsini anmaq məqsədilə elan edilib:

“Bu gün müsəlmanlar üçün qanlı bazar ertəsi olaraq tarixə keçəcək. Baş verən hadisələr onu göstərdi ki, artıq fələstinlilərin qanında ABŞ-ın da əli var. Qüds tarix boyu olduğu kimi, bundan sonra da müstəqil Fələstin dövlətinin paytaxtı olaraq qalacaq. Terrorçu İsrail dövləti və onu qoruyan ABŞ bir gün Qüdsü tərk etmək məcburiyyətində qalacaq”.

B.Bozdağ sözlərinə əlavə edib ki, baş verən hadisələri istişarə məqsədilə Türkiyənin İsrail və ABŞ-dakı səfirləri Ankaraya çağırılıb.