Türkiyədə 3 terrorçu zərərsizləşdirilib

turkiyede-3-terrorcu-zerersizlesdirilib
Oxunma sayı: 632

Türkiyənin Hakkari və Van vilayətlərində anti-terror əməliyyatları keçirilib.

“Qafqazinfo” xəbər  verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Məlumata əsasən təhlükəsizlik qüvvələrinin  keçirdiyi əməliyyat zamanı PKK terror qruplaşmasının 3 üzvü öldürülüb.

Bölgədə əməliyyatların davam etdiyi vurğulanıb.