Türkiyədə 5 ulduzlu oteldə uçqun - 8 nəfər yaralandı

turkiyede-5-ulduzlu-otelde-ucqun
Oxunma sayı: 2040

Türkiyənin Aydın əyalətinin Didim rayonunda 5 ulduzlu otelin dənizə çıxan beton hissəsi çöküb.

"Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, nəticədə 8 nəfər yaralanıb. Onlardan ikisinin vəziyyəti ağırdır. Hadisə yerinə polis, tibb işçiləri və xilasedicilər yollanıb. 

Qeyd edək ki, uçqun baş verərkən yaralanan 8 nəfərin bir qismi betonun altında qalıb, digər qismi isə dənizə düşüb. 

Nuranə