Türkiyədə 5,4 bal gücündə zəlzələ olub

turkiyede-54-bal-gucunde-zelzele-olub
Oxunma sayı: 1322

Türkiyənin Çanaqqala vilayətinin Ayvacık mahalında 5,4 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, yeraltı təkanlar İstanbul, İzmir, Tekirdağ, Bursada da hiss edilib. 

Çanaqqalada zəlzələdən sonra 4 kiçik təkan meydana gəlib. 

Bələdiyyə sədri açıqlamasında zəlzələnin 45 saniyə davam etdiyini bildirib.