Türkiyədə 55 yaşlı kişi intim əlaqədə olmaq istədiyi qadını öldürdü - Fotolar

turkiyede-55-yasli-kisi-intim-elaqede-olmaq-istediyi-qadini-oldurdu
Oxunma sayı: 3902

Türkiyənin Bursa şəhərində qanlı insident baş verib.

“Qafqazinfo” “DHA”ya istinadən xəbər verir ki, 55 yaşlı Yusuf Mıcık pul qarşılığında intim əlaqədə olmaq istədiyi 30 yaşlı Nazan Kırkgözü öldürüb. Buna səbəb kişinin qadının cinsi əlaqə üçün təklif etdiyi yeri bəyənməməsi olub.

Belə ki, Yusuf Mıcık Nazan Kırkgözlə pul qarşılığında cinsi əlaqədə olmaq üçün razılaşıb. Mıcıkın avtomobilinə əyləşən Kırkgöz ona Osmanqazi rayonunun Altınova məhəlləsindəki boş əraziyə sürməsini deyib. İkili həmin yerə gəldikdə isə Yusuf Mıcık qadına boş ərazidə cinsi əlaqəyə girmək istəmədiyini deyib. Bunu görən Kırkgöz Mıcıkın avtomobilindəki mobil telefonu götürüb qaçmağa başlayıb. Bu an Yusuf Mıcık belindən çıxardığı tapança ilə Nazan Kırkgözə atəş açıb. Kırkgöz qarın və döş nahiyələrindən yaralanıb. Mıcık avtomobilinə minib ərazidən uzaqlaşıb.

Hadisə yerinə gələn polis əməkdaşları Kırkgözün cansız bədəni ilə qarşılaşıb. Cinayətin ardından araşdırmalara başlanılıb. Nəticədə 5 uşaq atası Yusuf Mıcık gizlənmək üçün yollandığı dostunun evinin girişində saxlanılıb.

Dindirilmə zamanı Yusuf Mıcık günahını etiraf edib. O, həmin an içkili olduğunu və etdiklərindən peşmanlıq hissi keçirdiyini bildirib.

Mıcık məhkəmənin qərarı ilə həbs olunub.