Türkiyədə 60-a yaxın miqrant saxlanılıb

turkiyede-60-a-yaxin-miqrant-saxlanilib
Oxunma sayı: 723

Türkiyənin Aydın şəhərində onlarla qanunsuz miqrant saxlanılıb.

“Qafqazinfo” "Habertürk"ə istinadən xəbər verir ki, qanunsuz miqrantların olduğu qayıq ölkənin Sahil Mühafizəsi Xidmətinin əməkdaşları tərəfindən Quşadası körfəzində aşkarlanıb.

Qayıqda 22 suriyalı, 7 konqolu və Afrikadan daha 2 nəfər olmaqla, ümumilikdə 31 miqrant aşkarlanıb. İkinci əməliyyat zamanı isə 20 fələstinli, 8 suriyalı olmaqla, daha 28 qanunsuz miqrant saxlanılıb.

Saxlanılan miqrantlar ifadələrinin alınması üçün Aydın şəhərinin Miqrant Bürosuna təhvil veriliblər.