Türkiyədə 7 azərbaycanlı həbs olundu

turkiyede-7-azerbaycanli-hebs-olundu
Oxunma sayı: 3546


ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyə polisinin İğdırda qaçaq yolla Türkiyəyə getmək istəyənlərə qarşı apardığı əməliyyatlar nəticəsində 7 Azərbaycan vətəndaşı saxlanılıb. 

Polis saxlanılanlaran adı açıqlanmayan bir Azərbaycan vətəndaşını sorğu-sual etdikdən sonra həbs edib. Digər saxlanılan şəxslər isə ölkədən çıxarmaları üçün bölgə Ədliyyə Nazirliyinin Xarici Vətəndaşlarla İş üzrə Bölməsinə təhvil veriliblər.

***

Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev İnterpress.az-a açıqlamasında bildirdi ki, bu barədə xəbər nazirliyə yeni daxil olub. Hadisə araşdırıldıqdan sonra açıqlama veriləcək.

Qeyd edək ki, ötən il dekabrın 17-də Türkiyənin Naxçıvanla sərhədindəki Dilucu gömrük-keçid məntəqəsinin bir qrup məmuru ilə birlikdə Qarsda (Türkiyə) Sədərək Gömrük Keçid Məntəqəsinin rəisi Mirməhəmməd Seyidov da həbs olunub. Onun haqqında həbs qəti -imkan tədbiri seçilib.